×
A
A
A
Sazlamalar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Gülnar Süleyman qızı Rəhimova 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. Sahibə Namaz qızı Abbasova 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

 


Sədr    Məzahir Pənahov


Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Qərarlar 2018-03-24 18:35:00