Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

CNN: Tillerson prezidentlə fikir ayrılığı səbəbindən istefaya göndərilib

Bakı, 13 mart, AZƏRTAC

Reks Tillerson dövlət katibi postundan KXDR və İran siyasətinə dair Prezident Donald Trampın baxışlarını bölüşmədiyinə görə uzaqlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı CNN telekompaniyası səsləndirib. Telekanal qeyd edib ki, Trampın qərarına təsir göstərən əsas faktor KXDR lideri Kim Çen Inla danışıqlar məsələsində Tillersonla fikir ayrılığı olub. CNN-in məlumatına görə, Tillerson bildirib ki, belə danışıqlar yalnız hazırlıq işləri aparıldıqdan sonra mümkün ola bilər. Bundan başqa, o, prezidentin İranın nüvə proqramı üzrə sazişə yenidən baxılması cəhdlərini riskli hesab edirdi.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Reks Tillersonu dövlət katibi postundan istefaya göndərib. Onu bu postda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo əvəzləyəcək.
Reks Tillerson ABŞ Dövlət Departamentinə ötən ilin fevralından rəhbərlik edirdi.

Dünya 2018-03-13 20:11:00