Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın qadın şahmatçıları Tbilisidə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

Tbilisi, 13 mart, AZƏRTAC

Martın 30-dan aprelin 1-dək Tbilisidə qadın şahmatçılar arasında blits üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan da daxil olmaqla 15 ölkədən 80 idmançı iştirak edəcək.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Gio Georqadze deyib ki, Tbilisi şəhər meriyasının baş sponsorluğu ilə təşkil olunacaq çempionatda şahmat üzrə ən güclü idmançılar, o cümlədən dünya və Avropa çempionları mübarizə aparacaqlar. Favoritlər arasında blits üzrə hazırkı Avropa çempionu Nana Dzanqnidze də var.
G.Georqadze Gürcüstanda şahmatın inkişafında SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu yüksək qiymətləndirib. Federasiyanın prezidenti bu köməyə görə SOCAR rəhbərliyinə minnətdarlıq edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

İdman 2018-03-13 20:08:00