×
A
A
A
Sazlamalar

Sabirabad, Masallı və Hacıqabul sənaye məhəllələri tam gücü ilə fəaliyyətə başlayacaq

Bakı, 5 mart, AZƏRTAC
Bu il Sabirabad, Masallı və Hacıqabul sənaye məhəllələri tam gücü ilə fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf deyib.
İcraçı direktor qeyd edib ki, sənaye məhəllələrinin yaradılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, sənaye istehsalının artırılmasına, eyni zamanda, yerli resurslardan səmərəli istifadə edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Azərbaycanda 4 sənaye məhəlləsi, 5 sənaye parkı fəaliyyət göstərir.

Sənaye 2018-03-05 11:53:00