×
A
A
A
Sazlamalar

Yanvarda sənaye məhsulunun 19,1 faizi emal sektorunda istehsal olunub

Bakı, 18 fevral, AZƏRTAC
Bu ilin yanvarında Azərbaycanda sənaye məhsulunun 19,1 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 73,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,2 dəfə, mebel istehsalı 8,0 faiz artıb. Qida məhsullarının istehsalı 1,0 faiz, içkilərin istehsalı 24,8 faiz, geyim istehsalı 52,3 faiz azalıb.

Sənaye 2018-02-18 21:00:00