×
A
A
A
Sazlamalar

Sənaye Korporasiyasının idarəçiliyində olan mənzillərin və tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək

Bakı, 7 fevral, AZƏRTAC
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəçiliyində olan mənzillərin və tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə deyib.
"Kooperativlərin bir şirkətin nəzdində toplanması nəzərdə tutulur. Bu məqsədlə tikilməkdə olan və tikilməsi nəzərdə tutulan mənzillərə daşınmaz əmlak sertifikatlarının buraxılışının tətbiqi istiqamətində aidiyyəti icra hakimiyyəti orqanları ilə müvafiq işlər görülür", - deyə ASC-nin baş direktoru qeyd edib.

Sənaye 2018-02-07 11:40:00