×
A
A
A
Sazlamalar

Azərbaycanda məktəb laboratoriyaları üçün xüsusi avadanlıq istehsal ediləcək

Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanda məktəb laboratoriyaları üçün xüsusi avadanlıq istehsal ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini bildirib ki, xüsusi avadanlığın istehsalı ilə "Labdisc Azerbaijan" şirkəti məşğul olacaq. Qeyd edək ki, bu şirkət Sumqayıt Kimya Sənaye Parkının yeni – 16-cı rezidentidir.

İqtisadiyyat 2018-02-06 14:38:00