×
A
A
A
Sazlamalar

Bu il Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları istehsala başlayacaq

Bakı, 6 fevral, AZƏRTAC
Bu il 180 min ton istehsal gücünə malik polipropilen və 120 min ton gücə malik Yüksək Sıxlıqlı Polietilen zavodları istehsala başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini qeyd edib ki, istehsal ediləcək məhsulların 70 faizi ixraca yönəldiləcək. Bu layihə Azərbaycanda kimya sənayesinin inkişafında lokomotiv rolu oynayacaq ki, bu da kiçik və orta sahibkarlığa təsir baxımından çox önəmlidir.

Sənaye 2018-02-06 11:58:00