×
A
A
A
Sazlamalar

Bakının toxuculuq sənayesi 44,1 faiz artıb

Bakı, 3 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Bakı şəhərinin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 73,8 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 44,1 faiz, geyim istehsalında 5,3 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 22,1 faiz artım müşahidə olunub.

 

Sənaye 2017-11-03 12:23:00