×
A
A
A
Sazlamalar

“Danaflex” şirkətinin nümayəndələri Bakıda əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bakı, 28 oktyabr, Laçın Sultanova, AZƏRTAC

Tatarıstanın “Danaflex” şirkətinin Bakıda səfərdə olan nümayəndələri azərbaycanlı həmkarları ilə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, elastik qablaşdırma materialları istehsalı ilə məşğul olan “Danaflex” şirkətinin nümayəndələri Bakıda “Azersun Holding”, “Gilan Holding”, “Atropatena” kimi iri Azərbaycan şirkətlərində potensial tərəfdaşlarla görüşlər keçiriblər.
Tatarıstan müəssisəsinin nümayəndələri həmin görüşlərdə “Danaflex” şirkətinin istehsal etdiyi məhsullar haqqında, bu malların üstünlükləri barədə məlumat veriblər. Azərbaycanlı tərəfdaşlarla potensial əməkdaşlığın perspektivləri müzakirə edilib.
“Danaflex” şirkətinin nümayəndələri Tatarıstanın Bakıdakı daimi nümayəndəliyində də olublar. Daimi nümayəndə Alfred Zakirovla görüş zamanı Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası ilə ticari-iqtisadi əlaqələrinin inkişafı üzrə birgə iş məsələləri müzakirə olunub.
“Danaflex” şirkətinin fəaliyyətinin əsas istiqaməti müxtəlif sahələr (yağ-piy məmulatı, qənnadı məhsulları, baqqaliyyə malları, yüngül qəlyanaltılar, ağartı məhsulları, dondurulmuş qida məhsulları, dondurma və s.) üçün geniş çeşiddə elastik qablaşdırma materialları istehsalıdır.

Sənaye 2017-10-28 11:53:00