×
A
A
A
Sazlamalar

"AzerGold"un nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Bakı, 23 oktyabr, AZƏRTAC
"AzerGold" QSC-nin nümayəndələri İzmir şəhərində Türkiyə Dağ-mədən Mühəndislər Palatası tərəfindən təşkil edilən VI Beynəlxalq Mədən Avadanlıqları və Texnologiyaları Konqresinə qatılıb.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, QSC nümayəndələri "Mədən, təbii sərvətlər və texnologiyalar" sərgisində iştirak edərək bu sahədə tətbiq edilən ən son yeniliklərlə tanış olublar.
Səfər çərçivəsində "AzerGold" QSC-nin əməkdaşları Kışlıdağ filiz emalı sahəsi və Berqama-KOZA mədəninə də baş çəkib, ümumi iş prosesləri ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.

Sənaye 2017-10-23 18:02:00