×
A
A
A
Sazlamalar

Pirallahı Sənaye Parkında infuziya və inyeksiya məhlullarının istehsalı üzrə müəssisə yaradılacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında 3 hektar ərazidə infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılmasına dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, investisiya dəyəri 17 milyon ABŞ dolları olan layihə çərçivəsində 350-yə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, imzalanma oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes-forumunda baş tutub.

Sənaye 2017-10-20 17:32:00