×
A
A
A
Sazlamalar

Azərbaycan və Belarus Türkiyəyə dəstləşdirmə məmulatı göndərəcəklər

Bakı, 23 sentyabr, AZƏRTAC

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Azərbaycan və Belarus traktorların yığılması üçün Türkiyəyə dəstləşdirmə məmulatı göndərəcəklər.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Türkiyədə Belarus traktorlarının yığılmasının planlaşdırıldığını jurnalistlərin diqqətinə çatdıraraq deyib: “Biz bu gün Türkiyəyə traktorların yığılması üçün dəstləşdirmə məmulatının göndərilməsi ilə əlaqədar yeni layihəyə start veririk. Ümidvarıq ki, iki il ərzində söhbət ildə 2,5-3 min vahid satışdan gedəcək”. X.Fətiyev fikrinə aydınlıq gətirərək bildirib ki, Türkiyədə Belarus traktorlarının yığılması prosesi işə salınacaq, dəstləşdirmə məmulatı həm Belarusdan, həm də Azərbaycandan göndəriləcək.
“Minsk Traktor Zavodu” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Fyodor Domotenko deyib: “Bu gün biz təkcə 2017-ci ildə əlavə 460 traktorun tədarükü ilə bağlı müqavilə deyil, həm də Türkiyədə qarşılıqlı fəaliyyətimiz haqqında əlavə protokol imzalamışıq. Tərəfdaşlarımız təqribən 5 milyon dollar məbləğində maliyyələşdirəcəklər”.

Sənaye 2017-09-23 11:55:00