×
A
A
A
Sazlamalar

Balaxanı Sənaye Parkında rezidentlərə güzəştlər təqdim olunacaq

Bakı, 13 iyun, Sevda Cəfərova, AZƏRTAC

Yaxın zamanda açılacağı gözlənilən Balaxanı Sənaye Parkında rezidentlərə güzəştlər təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC Ətraf Mühit və Əməyin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev deyib.
"Yeni açılacaq Balaxanı Sənaye Parkında rezidentlər vergilərdən, avadanlıqların idxal rüsumundan, gəlir vergisindən və digər torpaq və mənfəət vergilərindən bir müddət azad olunacaqlar. Bu güzəştlər sahibkarlara işlərini qura bilmək üçün yardım məqsədi daşıyacaq. Balaxanı Sənaye Parkının məqsədi vahid ərazidə təkrar xammalla işləmək istəyən sahibkarlara dövlət tərəfindən güzəştlərin tətbiqidir", - deyə S.Zeyniyev qeyd edib.

 

Sənaye 2017-06-13 11:38:00