Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:
1. Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılsın.
2. Vüsal Afqan oğlu Hüseynov Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilsin.
Bakı şəhəri, 14 aprel 2017-ci il.