×
A
A
A
Sazlamalar

Gürcüstan televiziyasında 31 mart soyqırımına həsr olunan veriliş yayımlanıb

Tbilisi, 9 aprel, AZƏRTAC

Gürcüstanda yayımlanan “Axali Sakartvelo” internet televiziyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş veriliş yayımlanıb.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizovun müəllifi olduğu “Bakıdan baxış” proqramında tanınmış gürcü politoloqu, Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Badri Naçkebiya, Xeber.ge saytının rəhbəri, tanınmış jurnalist Amil Hacıyev azərbaycanlıların soyqırımı, ermənilərin zaman-zaman azərbaycanlılara, türklərə, gürcülərə, yəhudilərə və digər millətlərə qarşı törətdikləri terror və digər cinayətlər barədə tamaşaçılara ətraflı məlumat veriblər.
Verilişdə Azərbaycanın və Gürcüstanın dostluq əlaqələri, iqtisadi inkişafı və inteqrasiyası da diqqət mərkəzində olub.

31 mart 2017-04-09 00:02:00