×
A
A
A
Sazlamalar

Azərbaycan İstiqlal Muzeyində “açıq dərs”

Bakı, 1 aprel, AZƏRTAC

İstiqlal Muzeyində Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “açıq dərs” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan söhbət açılıb.
Bildirilib ki, təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişlər.
Tədbirdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Muzeyin elmi işçiləri Fəxriyyə Əliyeva, Gülay Ramazanova, Sufayi Məmmədova, 225 nömrəli orta məktəbin və “İdrak” liseyinin şagirdləri ermənilər tərəfindən müxtəlif tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımına həsr olunmuş mühazirələrlə çıxış ediblər.
Tədbirdə soyqırımına həsr olunmuş film nümayiş olunub, 225 nömrəli məktəbin şagirdləri mövzu ilə bağlı şeirlər səsləndiriblər.
Sonda şagirdlər arasında “Tarixin yaddaşı” adlı intellektual oyun keçirilib və qaliblər muzey tərəfindən diplomlarla mükafatlandırılıb.

31 mart 2017-04-01 18:01:00