×
A
A
A
Sazlamalar

Azərbaycanlıların Soyqırımı Günü Silahlı Qüvvələrin bölmələrində silsilə tədbirlərlə anılıb

Bakı, 1 aprel, AZƏRTAC

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları xüsusi vurğulanıb, bu sahədə görülən işlərdən danışılıb.
Anma tədbirlərində həmin tarixi dövrlə bağlı müxtəlif elm xadimlərinin, soyqırımı faktları tədqiqatçılarının çıxışları dinlənilib, sərgilərlə tanışlıq olub, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş etdirilib, mövzu ətrafında müzakirələr aparılıb.

31 mart 2017-04-01 13:19:00