×
A
A
A
Sazlamalar

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məktəblərdə silsilə tədbirlər keçirilib

Bakı, 31 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində 31 Mart soyqırımına həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi barədə şagirdlərə məlumat verilib.
Məktəblərdə, həmçinin divar qəzetləri, stend və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgi, sənədli və bədii filmlər nümayiş olunub.
Şagirdlər 31 Mart hadisələrinə həsr edilən şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar göstəriblər.
Həmçinin bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətləri təşkil olunub.

 

31 mart 2017-03-31 20:46:00