Güclü qar və şaxta Əfqanıstanda iki həftə ərzində uşaqlar və qadınlar da daxil olmaqla, 104 nəfərin həyatına son qoyub. AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib ...
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) daimi nümayəndəlikləri Ukraynanın bütün atom elektrik stansiyalarında (AES) işə başlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” şirkəti məlumat yayıb ...
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və idarə heyətinin beş üzvünə İranda etiraz aksiyalarını təqib etdiklərinə görə sanksiya tətbiq edib. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ...
Əlcəzairin şimalında Ayn-Defla əyalətinin El Attaf rayonunda orduya məxsus “Mi-171” helikopteri qəzaya uğrayıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Algeria Press Service” məlumat yayıb ...
Avropalı siyasətçilərin nə deməsindən asılı olmayaraq, Avropa faktiki olaraq müharibə vəziyyətindədir. AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində deyib. Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ...
Üç ölkədə 300-ə yaxın insan yararsız öskürək siropundan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilib. "Son dörd ay ərzində ölkələr yüksək səviyyədə dietilen qlikol (DEG) və etilen qlikol ...
Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün Avropa Sülh Fondundan 45 milyon avro ayıracaq. AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Xarici İşlər nazirliklərinin rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel jurnalistlərə bildirib ...
Latviya hakimiyyəti Rusiya səfiri Mixail Vanindən ölkəni tərk etməyi tələb edib. AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Rusiyanın səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir ...
Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını qəti şəkildə pisləyir. AZƏRTAC xəbər verir ki, Rusiya xarici işlər nazirinin vicdan azadlığı sahəsində insan hüquqlarının qorunmasına dair xüsusi nümayəndəsi, səfir Gennadi Askaldoviç Stokholmda “Qurani-Kərim”in yandırılması ilə əlaqədar bəyanatı yayılıb ...
Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar yanvarın 23-də özünün tviter səhifəsində məlumat verib ...
Avropanı o qədər ideallaşdırmışıq ki, hətta gözümüzlə gördüyümüz qanun pozuntularına belə inanmaq istəmirik. Qanunsuzluqlar, qeyri-qanuni təcrübələr, insanların hərtərəfli istismar edilməsi və digər xoşagəlməz təcrübələrin yalnız üçüncü dünya dövlətlərində olduğuna, xüsusilə də “diktatura”, “insan hüquqlarının pozulduğu ölkə” kimi ...
Gürcüstan 2022-ci ildə turizmdən 3 milyard 500 milyon dollar gəlir əldə edib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyi məlumat yayıb. Bildirilir ki, 2022-ci ildə turizmdən əldə olunan gəlir COVID-19 pandemiyasınadək olan dövrün ...
Dünyanın ən qədim yeddi ağacı təbiətin həqiqətən nə qədər güclü və davamlı ola biləcəyini göstərir. İqlim dəyişikliyi səbəbindən illər ərzində bir çox ağac növlərinin nəsli kəsilib, lakin çox sayda ağac növləri sağ qalıb və bu gün də böyüyür ...
Bu gün Brüsseldə Avropa İttifaqına daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni və daha əhatəli sanksiyaların tətbiqi ilə bağlı razılıq əldə ediblər. AZƏRTAC xəbər verir ki, artıq 5-ci aydır İranda davam edən kütləvi aksiyalarda iştirak edənlərin sayı nəinki azalmır ...
“Bundeswehr” yanvarın 23-dən “Patriot” zenit-raket komplekslərinin üç eskadrasından ikisini Polşaya göndərməyə başlayıb. AZƏRTAC Welt telekanalına istinadla xəbər verir ki, “Patriot” sistemləri Mecklenburg-Vorpommern federal əyalətinin Gnoien şəhərindən yola salınıb ...
Bu gün Brüsseldə Avropa İttifaqına daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar tətbiq ediblər. AZƏRTAC xəbər verir ki, İran İslam İnqilabının Keşikçiləri Korpusu “qara siyahıya” salınıb. Bundan başqa, 18 fiziki və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub ...
Əlverişsiz hava şəraiti ilə əlaqədar İtaliyanın 9 bölgəsində sarı xəbərdarlıq səviyyəsi elan olunub. AZƏRTAC xəbər verir ki, güclü qar səbəbindən Emiliya-Romaniya regionunda bir çox bələdiyyədə məktəblər bağlanıb. Şimal bölgələrində qarın hündürlüyü 40 santimetrə çatı ...
Niderlandlı parlamentari Tini Koks 175 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib. AZƏRTAC xəbər verir ki, AŞPA qış sessiyasında qurumun prezidenti və 20 vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib. Qurumun Niderlanddan olan 69 yaşlı üzvü və AŞPA-nın 2021-2022-ci illərdə prezidenti ...
Yaponiyanın Baş naziri Fumio Kisida KXDR-in ötən il artan raket sınaqlarından narahatlığını ifadə edib. O, həmçinin ilkin şərt irəli sürmədən Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib ...
Estoniya səfiri fevralın 7-də Rusiyanı tərk etməlidir. AZƏRTAC xəbər verir ki, yanvarın 23-də Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre XİN-ə çağırılıb. Rusiya xarici siyasət idarəsi Estoniya ...