“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Bərdə” gəmi-bərəsi əsaslı təmir edilib. ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” gəmi təmiri və tikintisi zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib ...
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ildə 522,7 milyon manatlıq məhsul istehsal edilib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illə müqayisədə sair nəqliyyat ...
Ötən il hava nəqliyyatı ilə 2253,8 min və ya 2 dəfə çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib ...
2022-ci ildə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 126 milyon ton yük, 1405 milyon sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illə müqayisədə müvafiq olaraq 12 faiz və 25,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 94 faizi ...
Dəniz nəqliyyatı ilə 2022-ci ildə daşınmış yüklərin həcmi 7519,2 min ton təşkil edib və əvvəlki ilə nisbətən 37,5 faiz artıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 43,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11750,6 min ton həcmində ...
Ötən il dəmir yolu nəqliyyatı ilə 18,7 milyon ton yük, 5136,5 min sərnişin daşınıb, 2021-ci illə müqayisədə yük daşınmasında 24,3 faiz, sərnişin daşınmasında isə 81,8 faiz artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla sutkada 337 vaqon yüklənib ...
Ötən il metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,3 dəfə artaraq 208,7 milyon nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ...
Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan elektrik qatarları istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb ...
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA) uğurla keçib. AZAL-dan AZƏRTAC-a bildirilib ki, IOSA auditi aviaşirkətin uçuş təhlükəsizliyinə təsir edən əsas fəaliyyət sahələrini ...
“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq bloku dənizə yola salınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib. ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurğunun barja yüklənməsi prosesi təhlükəsiz ...
Yanvarın 20-si - Ümumxalq Hüzn Günündə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. QSC-dən AZƏRTAC-a bildirilib ki, Qanlı Yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək ...
“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi ...
2022-ci ildə Bakının müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edilib ki, bunlardan da 9-u eynisəviyyəlidir. AZƏRTAC Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, hesabat dövründə 12 piyada keçidində “Sarı döyünən işıq” quraşdırılıb, 31 piyada keçidinin işıqlandırılması təmin edilib ...
Ötən il ərzində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində böyük həcmli işlər görülüb. ADY-dən AZƏRTAC-a bildirilib ki, 10 ədəd “FLIRT” tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə ...
2024-cü ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilib, tikinti işlərinin isə 38 faizi (53,2 kilometr) icra edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu beynəlxalq əhəmiyyətli ...
2022-ci ildə yükdaşıma həcminin artımı ilə bağlı tranzit daşımaları 2,9 milyon ton artaraq 7,5 milyon ton, ümumi daşıma 3,7 milyon ton artaraq 18,7 milyon ton təşkil edib. AZƏRTAC “Azərbaycan Dəmir Yolları”na QSC (AYD) istinadla xəbər verir ki, yük daşımalarında əsasən neft məhsulları ...
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 min 284 ton yük daşınıb və beləliklə, 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 milyon 347 min 585 ton təşkil edib. AZƏRTAC "Azərbaycan Dəmir Yolları"na QSC istinadla xəbər ...
2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində 5 milyon 136 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 84 faiz çoxdur ...
Ötən il yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində 363 kilometr uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilib və tikinti işlərinin 48 faizi icra olunub. AZƏRTAC "Azərbaycan Dəmir Yolları"na QSC (AYD) istinadla xəbər verir ki, layihənin tamamlanması gələcəkdə ...
Yanvarın 16-dan 189 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların “BakuBus” MMC-yə məxsus avtobuslarla yerinə yetiriləcəyini nəzərə alaraq, Nardaran sakinlərinin rahatlığı üçün qəsəbədə “BakıKart” ödəmə terminalı qoyulub ...