Azərbaycanda yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir ...
Narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə yalnız müvafiq qurumların birlikdə apardığı mübarizə nəticəsində səmərəli ola bilər. AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Gömrük Təşkilatının ...
Türkiyə Diyanət İşləri Başkanlığının təşkilatçılığı ilə Dünya Müsəlmanları Dini Liderlərinin konfransı keçirilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunan tədbirdə 69 ölkədən 130 iştirakçı İsveçdə və Niderlandda Quranın yandırılmasına etirazını bildirib ...
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 25-də və 26-da Qəbələ Rayon Polis Şöbəsində növbəti görüş keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir əvvəlcə Qəbələ şəhərindəki Ümummilli Lider Heydər Əliyevin ...
“Şirməmməd Hüseynov” mükafatının Ekspert Komissiyası 2022-ci il üçün qalibi elan edib. Komissiyadan AZƏRTAC-a bildiriblər ki, mükafatın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında ...
Hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji durum qənaətbəxşdir, nəzarət olunandır, yeni yoluxma hallarının sayı minimaldır və ikirəqəmli həddədir, eyni zamanda qeydiyyatda olan aktiv xəstə sayı çox azdır və çarpayı yüklənməsi qeyd olunmur ...
Artıq vahid sahə, əkin qaydaları qəbul edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyinin ...
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir ...
Son vaxtlar digər virus bakteriyaları ilə yanaşı, “Streptokok A” infeksiyasına yoluxmalar da qeydə alınır. Həkimlərin dediyinə görə, əslində bu infeksiya qarşılaşdığımız yeni xəstəlik deyil. Onu başqalarından fərqləndirmək üçün boğazdan yaxma üsulu ilə test götürülür ...
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Dəyanət Rəhimovdan 308 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları ...
Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu gün Azərbaycan ictimaiyyətinə, dünyada tanınan şəxsiyyət kimi onun xalqımız qarşısında xidmətlərini çatdırmaq, xatırlatmaq bizim üçün borcdur. Ona görə ki, çətin günlərdə biz həmişə Ulu Öndər təcrübəsinə istinad etmişik ...
Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində “DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır. AZƏRTAC xəbər verir ki, bu münasibətlə mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşündə mediasiya ...
On bir aydan az icarə müqavilələri ilə bağlı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi aradan qaldırılır. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında parlamentin İqtisadi qanunvericilik ...
Qida Təhlükəsizliyi Agentliyində bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkil olunmasında məqsəd ...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının yanvarın 25-də növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının ...
“Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi kənd təsərrüfatı təyinatlı torpaqların, xüsusilə örüş, otlaq və biçənəklərlə bağlı torpaq sahələrinin icarəyə verilməsinin təkmilləşdirilməsini nəzərdə tutur. AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən ...
Yanvarın 26-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilib ...
Ötən il dekabr ayının 15-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfərə qrip xəstəliyinə qarşı vaksin olunub. TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib ...
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz ağac kəsməni rəsmiləşdirmək məqsədilə pul alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib ...
Milli Məclis müvafiq orqanlar ilə birlikdə aqrar sahə ilə əlaqədar yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr keçirəcək. AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının iş planında əksini tapıb ...