Deyir özüm üçün yaratmıram, sadəcə, həyatımı yaşayıram. İşimi sevə-sevə görürəm. Peşəkar yanaşdığım sənət növlərinin hamısının mayası hobbimdən yoğurulub. Sənəti haqqında danışanda üzü–gözü gülür, həlim simasına nur qonur. Həmsöhbətimiz səsinin sakit ahəngi ...
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq ...
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar İmişlidə silsilə tədbirlər davam etdirilir. Növbəti tədbirdə Ulu Öndər tərəfindən ədliyyə sahəsinin inkişafı istiqamətində, məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlardan söhbət açılıb ...
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir ...
Şəki Dövlət Dram Teatrında braziliyalı müəllif Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Tamaşaya ictimai baxışın mayın ortalarında keçirilməsi nəzərdə tutulur ...
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən bu ilin mart-aprel ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə, 73 nəfər saxlanılıb ...
Kəlbəcər rayonunun Ağyataq kəndi Abdullauşağı kənd inzibati ərazi dairəsində yerləşir. Kəndin ərazisində “Ağ yataq” adlanan mineral filiz yatağı var. Yaşayış məntəqəsinin adı da buradan götürülüb. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu ...
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan ...
Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Rayonun ucqar Xınalıq kənd sakinləri AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur. Hazırda qar yağmaqda davam edir ...
Bu yaz həm hava şəraitinin qeyri-sabit keçməsi, həm də bəzi xəstəliklərin geniş yayılması arıçılığa mənfi təsir edib. Son həftələr qərb bölgəsində havaların yağıntılı və soyuq keçməsi də arıçılıq təsərrüfatlarında arıların inkişafında müəyyən geriləmələrə gətirib çıxarıb ...
Respublikamızın ən böyük pambıqçılıq rayonlarından olan Beyləqanda çiyid səpini başa çatmaq üzrədir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari mövsümdə rayonda 6627,4 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC ...
2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 71931,5 min manatlıq, o cümlədən 25311,1 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 46620,4 min manatlıq qeyri-ərzaq malları satılıb. Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ...
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda elmi-praktik konfrans keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib ...
Mayın 2-də Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan “Zərifə xanım Əliyeva: Daim ürəklərdə yaşayan nurlu və xeyirxah insan” mövzusunda elmi konfrans keçirilib ...
Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisinə yağan güclü leysan xarakterli yağışlar, həmçinin dolu nəticəsində rayon sakinlərinin əmlak və təsərrüfatına ciddi zərər dəyməyib. Rayonun Bağırlı, Dağ Bağırlı ...
Masallıda kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı yoxlama nəzarət tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin ...
Güclü leysan yağışları və dolu Şamaxı rayonunun bəzi kəndlərində fəsadlar törədib. Kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə zərər dəyib. Xüsusən Dağ Göylər, Dağ Bağırlı, Nüydü və Ovçulu kəndlərində fəsadlar ortaya çıxıb. Bağırlı kəndində sakinlərə məxsus bəzi evlərə ciddi ziyan dəyib ...
Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalanda da idmanının, eləcə də cüdonun inkişafı istiqamətində bir sıra işlər həyata keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyəti rəhbərliyi, ikiqat Paralimpiya və dünya ...
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti ...
Bu il Ağdam rayonunda 16 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar ağdamlı kümçülərə 410 qutu (7790 qram) ipəkqurdu toxumu ...