Ötən il Qax Damazlıq İpəkçilik Stansiyasında 2023-cü ildə kümçülərə paylanmaq üçün yerli istehsal hesabına 65,4 kiloqram, yəni 2255 qutu elit və sənaye tut ipəkqurdu toxumu hazırlanıb. Hazırda toxum qışlama dövründədir və stansiyanın soyuducusunda saxlanılır ...
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar olunması məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə ...
Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır. Bu barədə AZƏRTAC-a Rəmal Babayev məlumat verib. 16 il əvvəl Göyçaydan Bakıya gələn, Azərbaycan Rəssamlıq Akademiyasının ...
Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub ...
“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəməri üzərində olan “Qaratəpə əhali” qaz ölçü qovşağındakı qaz sayğacında yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar, bu gün saat 14:00-dan 16:00-dək “Qaratəpə” QPS-dən qidalanan “Qaratəpə əhali” ...
Son günlər Suqovuşan su anbarında suyun səviyyəsinin azalması ölkə ictimaiyyətinin narahatlığına səbəb olub. AZƏRTAC-ın bölgə müxbiri Suqovuşana gedərək, su anbarında suyun səviyyəsinin azalmasının səbəbi ilə maraqlanıb ...
Yardımlı rayonunda kənd təsərrüfatının taxılçılıq sahəsi spesifik sahələrdən hesab olunur. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fermer və torpaq mülkiyyətçiləri 2023-cü ildə yüksək nəticələr əldə ...
Milad bayramı Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində qeyd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb ...
Cəbrayıl rayonunun Xələfli kəndi eyni adlı inzibati ərazi dairəsində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər ...
İmişlidə yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində İmişliyə giriş yolunun Soltanmuradlı kəndindən keçən hissəsində qeydə alınıb ...
Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında ...
Azərbaycan mənzərələri mövzusunda ən uğurlu rəssamlarımızdan biri kimi tanınan İntiqam Ağayev indiyədək çəkdiyi rəsmlərdə qəlbindən keçən hissləri rənglərlə ifadə etməyə çalışıb. AZƏRTAC-ın əməkdaşı rəssamla görüşüb, onun yaradıcılığı ilə maraqlanıb ...
Qarşıdakı günlərdə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Quba–Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları cəlb olunacaq ...
Ağcabədi idmançıları taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyində uğurlu nəticə qazanıblar
Yeniyetmə, gənclər və böyüklər arasında taekvondo idman növü üzrə Azərbaycan çempionatı və birinciliyində uğurlu nəticələr əldə etmiş ağcabədili idmançılarla görüş keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları qazandıqları nəticələr ...
Qəbələ rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri 13 min 802 hektarı buğda, 5 min 698 hektarı dən üçün arpa olmaqla, 19 min 500 hektar sahəyə toxum səpiblər ...
İmişlidə ov zamanı ehtiyatsız davranan rayon sakini özünə tüfənglə xəsarət yetirib. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün saat 16 radələrində İmişli rayonu ərazisində Araz çayının kənarında qeydə alınıb ...
1988-ci ilin qış ayları idi. Mənfur ermənilər kəndlərə soxulur, evləri qarət edir, azərbaycanlıları öldürürdülər. Qışın sərt keçməsinə və havaların şaxtalı olmasına baxmayaraq, yollar hələ də buz bağlamamışdı. Sanki canımızı qurtarmaq üçün Allah bizə yol açırdı. Beləcə qışın şaxtasında həmin yollarla yurd yerimizdən çıxdıq ...
Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşfiqsevərlər nakam şairin ölümünün 85-ci ildönümü münasibətilə rayonun Sayadlar kəndində ...
Ölkənin ikinci ən böyük şəhərində “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlər hazırda şəhərin Gülüstan yaşayış massivində və 1-ci mikrorayon ərazisində aparılır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTİB) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə ...
Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir ...