26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Xaçmaz rayonunun Xudat şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksdə Birinci Qarabağ ...
Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Aqrar Sənaye Kompleksində keçirilən festivalda Elmi-Tədqiqat institutlarının mütəxəssisləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli ...
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə təşkil edilən “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları muxtar respublikanın füsunkar təbiətə malik Şahbuz rayonunda olublar. AZƏRTAC-ın Naxçıvan ...
İyunun 24-də Şəkidə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX Regional konfrans keçirilib ...
Füzuli rayonunda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənpərvərlik hislərinin təbliği məqsədilə “Vətənpərvərlik ən ali duyğudur” adlı tədbir keçirilib. Horadiz şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin ...
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində təsərrüfatlara dəstək tədbirləri davam edir. Növbəti dəfə Quba, Astara və Lənkəran rayonlarında yerləşən 3 təsərrüfata dəstək göstərilib. Təsərrüfatlarda yenidənqurma işləri aparılıb, həmçinin fermerlər ehtiyacları üzrə inventarlarla təmin olunublar ...
İyunun 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Xaçmaz rayonu Əbilyatağı kəndi ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə dənli bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə həsr olunmuş tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib ...
Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində dincələn Vətən müharibəsi qaziləri arasında keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən 6 günlük i ...
Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub. Doqquz şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın ...
Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. AZƏRTAC xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri ...
“Nuh diyarı – Naxçıvan” infoturun iştirakçıları muxtar respublikanın bir sıra gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olublar. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin ...
Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Ağdamkənd kəndidir. AZƏRTAC-ın bölgə müxbiri Ağdamkənd kəndinə gedərək erməni vandalizmini ...
Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici seminar keçirilib ...
Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik ...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrinin qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlığı üçün Sumqayıt Reabilitasiya Mərkəzinə mediatur təşkil edib ...
Tərtər rayonunun İrəvanlı kəndində əhalinin əsas məşğuliyyət növlərindən biri çiyələk istehsalıdır. Kənd sakinləri müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan istifadə etməklə, məhsuldar çiyələk növlərini becərməklə yüksək göstəricilərə nail olurlar ...
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün dərs vəsaitlərinin növbəti hissəsi ADAU-nun kitab fonduna daxil edilib ...
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında təşkil etdiyi “Ayrılmadı könül candan!” hekayə və esse ...
İsmayıllı rayonunda meyvə və giləmeyvə yığımına başlanılıb və qısa vaxtda bağlardan 244 ton məhsul yığılıb. Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Paşa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda İsmayıllıda 3937 hektar meyvə ...
Muxtar respublika məktəbliləri arasında ilk dəfə keçirilən SASMO beynəlxalq riyaziyyat olimpiadasında qalib olan məktəblilərə medal və sertifikatlar təqdim edilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada ...