Dünyada olduğu kimi, Azərbaycanda da xidmət sahələri dinamik inkişaf edir. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı, internetin cəmiyyət və sənayenin gündəlik həyatının aparıcı tərkibinə çevrilməsi ilə dinamik tərəqqi edən xidmət sektoru istehsal sferasını üstələməkdədir ...
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakı Dövlət Universiteti ilə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi istiqamətində əməkdaşlıq edəcək. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurum ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb ...
Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə şəhərindəki innovasiya mərkəzlərində “StartupFest Gəncə” Proqramının təqdimatı keçirilib ...
“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AMOS telekommunikasiya peyklərinin operatoru olan ...
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə yanaşı, məşğulluq, ixtisaslı kadr hazırlığı istiqamətində dövlət siyasətinə töhfə verməyə davam edir. QSC-dən AZƏRTAC-a bildirilib ki, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat ...
Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib ...
Əkin sahələrinin suvarma suyu ilə təminatı 80 faizdən 90 faizə çatdırılacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən müzakirələrdə bildirib ...
“Bakcell” şirkəti rəqəmsal yeniliklərini təqdim edib. Yeni “Bakcell” tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə etməklə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir ...
2023-cü ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22 faiz artaraq 255,5 milyon manat olub.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2 faizi hüquqi şəxslərin, 49,8 faizi ...
İçməli su təchizatı və tullantı su sektorunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir. “Azərsu”dan AZƏRTAC-a bildirilib ki, magistral və şəbəkə su xətlərinin normal istismarını təmin etmək ...
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb ...
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüşüb. AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib. “Görüş Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə ...
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 5877,6 milyon manat, xərcləri 3660,4 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 2217,2 milyon manatlıq ...
Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş mühüm sənəd kimi yadda qaldı. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ...
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir ...
Martın 1-nə iqtisadi fəal əhalinin sayı 5359,7 min nəfər olub, onlardan 5057,4 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1712,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,1 min nəfər ...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərazilərimizdə bərpa ...
Hazırda SOCAR yaşıl enerji ilə bağlı beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığa az karbon emissiyası, istixana və qaz tullantılarının azaldılması və sair daxildir. Altı ay ərzində SOCAR öz hədəflərini müəyyənləşdirəcək ...
Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-fevral aylarında 2,9 milyon ton yük, 964,1 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 14,6 faiz, sərnişin daşınmasında isə 57 faiz artım müşahidə olunub ...
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,7 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar ...