Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinə qeydiyyat davam edir. Kənd təsərrüfatı sahəsində aktiv iştirakı olan və aqrar biznes fəaliyyətləri həyata keçirən qadın fermerlər https://afaq.az/ saytı vasitəsilə layihəyə müraciət edə bilərlər ...
Azərbaycan və Özbəkistan fermerləri fındıqçılıq sahəsində əməkdaşlıq edəcəklər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə Özbəkistanın “Uz Nuts” Qərzəkli Meyvə Bitkiləri ...
“Tet International Development” MMC ölkəmizdə 1200 hektara yaxın sahədə tütün əkini aparır. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Tet International Development” şirkətinin direktoru Namiq Əsgərov deyib ...
Qəbələ rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 795 hektar sahədə yazlıq bitkilər əkiblər. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək ...
Tərtər rayonunda çiyid səpininə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonunda 2439,7 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib ...
Cari ilin məhsulu üçün Laçın rayonu üzrə 3830,4 hektar sahədə taxıl səpini həyata keçirilib. Taxıl əkinlərinin 21 faizi rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində, qalan hissəsi isə işğaldan azad edilmiş Laçın rayonundadır. ...
Oğuz rayonunun təsərrüfatlarında tütün əkininə hazırlıq işləri yekunlaşmaq üzrədir. Cari təsərrüfat ilində rayonda 150 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün əkiləcək sahələr ötən illə müqayisədə 80 hektaradək artırılacaq. Tütün əkini ilə əlaqədar indiyədək 16 fermerlə müqavilə bağlanılıb ...
Yardımlıda 2023-cü ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası davam edir. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprel ayının əvvəlinə olan məlumatlara əsasən, rayon üzrə 825 hektar sahədə müxtəlif növ yazlıq ...
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) 2019-cu ildən başlayaraq Almaniyanın Üzümçülük İnstitutu ilə birgə əməkdaşlıq nəticəsində Azərbaycanın yerli üzüm sortlarının genetik identifikasiyası istiqamətində tədqiqat işləri həyata keçirir. İnstitut tərəfindən 300-dən çox yerli üzüm sort, forma və nümunələri ...
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın müxtəlif bölgələrində becərilən meyvə bitkilərinin zərərverən orqanizmləri ilə mübarizə işlərinin təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib ...
Dadına və ətrinə görə Azərbaycan çiyələyinə xarici bazarlarda tələbat çoxdur. Cənub rayonlarında fəaliyyət göstərən fermerlərin də üstünlük verdiyi bu sahəyə maraq ilbəil artır. AZƏRTAC xəbər verir ki, üç ildir çiyələk əkini ilə məşğul olan lənkəranlı fermer Akif Cəlalov bu sahədən ...
Sabirabadda pambıq səpininə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Sabirabad rayonunda pambıqçılıqla məşğul olan və yüksək qazanc əldə edən fermerlər bu il də “ağ qızıl” əkininə maraq göstərirlər ...
Qax rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 948,3 hektar sahədə yazlıq bitkilər əkiblər. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 265,3 hektar sahədə kartof, 126,5 ...
Bu il Balakən rayonunda dən üçün qarğıdalının əkin sahələrinin keçən ilə nisbətən 25 hektaradək artırılaraq 7 min 700 hektara çatdırılması nəzərdə tutulur. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 700 hektaradək sahəyə qarğıdalı əkiblər ...
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 64 min 572,8 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 32 min 940,8 hektarını buğda, 31 min 632 hektarını arpa sahələri təşkil edir ...
“Monte Ferro” şirkəti 2017-ci ildən bəri Şəki rayonu ərazisində, ümumilikdə, 1362 hektar sahədə yeni fındıq bağları salıb. Bu bağların 570 hektarı Bideyiz, 432 hektarı Biləcik, 360 hektarı isə İnçə kəndlərinin ərazisində yerləşir. ...
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 1485 nəfər istehsalçı ilə emal müəssisələri arasında pambıq əkini üçün müqavilə bağlanıb. Müqaviləyə əsasən, 4324,92 ...
Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Soğanın kütləvi yığımı isə aprelin ortalarında həyata keçiriləcək. Təzə məhsulun bazarlara çıxışı bolluğa, bu isə öz növbəsində qiymətlərə təsir göstərəcək. Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev ...
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tövsiyəsi ilə fermerlər üçün ilk dəfə olaraq əkin kalkulyatoru istifadəyə verilib. Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov AZƏRTAC-a bildirib ki, kalkulyatorun istifadəyə verilməsində istifadə etməklə əkin ...
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Bərdədə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 1184 istehsalçı ilə 3950,48 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2350 hektarı “Azərpambıq” MMC, 1850 ...