×
A
A
A
Sazlamalar

Fransua Olland siyasətdən getmədiyini bəyan edib

Bakı, 23 avqust, AZƏRTAC 

Fransanın sabiq Prezidenti Fransua Olland siyasətdən getmədiyini bəyan edib.
“Mən müəyyən səbəblərdən prezident seçkilərində namizədliyimi irəli sürməmək barədə qərara gəlsəm də siyasətdən getməyəcəyimi demişəm”, - deyə sabiq Prezident bildirib.
Xatırladaq ki, Fransua Olland 2012-2017-ci illərdə Fransanın Prezidenti olub.

Dünya 2017-08-23 21:24:00