×
A
A
A
Sazlamalar

Şəmkirdə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub

Şəmkir, 23 avqust, Famil Quliyev, AZƏRTAC

Avqustun 23-də Şəmkirdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 23 avqust tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü təsis edilib.
Qeyd olunub ki, əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, dövlət obyektlərinin mühafizəsi, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib.
Daha sonra xidmətdə fərqlənən Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Boru Kəmərlərinin təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsinin baş leytenantı Azər Məmmədova və baş çavuşu Namiq Məmmədova fəxri fərmanlar təqdim olunub.

Regionlar 2017-08-23 18:39:00