×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti ukraynalı həmkarını milli bayram münasibətilə təbrik edib

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrə olduğunu qeyd edib. Azərbaycan Prezidenti inandığını bildirib ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Prezident İlham Əliyev Prezident Pyotr Poroşenkoya möhkəm cansağlığı, işlərində uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Siyasət 2017-08-23 17:28:00