×
A
A
A
Sazlamalar

Gürcüstanda yaşayan azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 23 avqust, AZƏRTAC 

Avqustun 23-də Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra azərbaycanlı gənclər Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş soydaşlarımızın xatirəsinə ehtiramlarını ifadə ediblər.
Onlar, həmçinin “İçərişəhər”i gəzib, Qız qalası, Şirvanşahlar saray kompleksi ilə tanış olublar.
Qeyd edək ki, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc üçün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə avqustun 21-28-də Bakı şəhərində “Yay istirahət düşərgəsi” təşkil edilib.

Siyasət 2017-08-23 16:41:00