×
A
A
A
Sazlamalar

Naftalanda çoxmənzilli yaşayış binaları təmir edilir

Naftalan, 23 avqust, Rauf Hacıyev, AZƏRTAC

Son illər respublikamızın beynəlxalq kurort şəhərinə çevrilən Naftalanda turizmlə bərabər həm də infrastrukturun yenilənməsinə və onun müasir tələblər səviyyəsində qurulmasına diqqət artırılıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, uzun illərdən bəri təmirsiz qalmış 31 çoxmənzilli yaşayış binasının fasadı gülhəng daşı ilə üzlənib, binaların dam örtüyü və işıqlanma sistemləri, eləcə də giriş qapıları və pəncərələri dəyişdirilib. Naftalanda bina və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənib.
Bu vaxta qədər şəhərdəki küçələrə və məhəllələrarası sahəyə 65 min kvadratmetr asfalt qatı salınıb. Hazırda şəhərin çoxmənzilli yaşayış binalarının bloklarında girişdən başlayaraq yuxarı mərtəbəyədək təmir işləri davam edir.
Qeyd edək ki, bu vaxta qədər görülən işlər 10 çoxmərtəbəli yaşayış binasında tamamilə yekunlaşıb.

Regionlar 2017-08-23 16:30:00