×
A
A
A
Sazlamalar

Bu il Ağsuda 1977 ton ət istehsal edilib

Ağsu, 23 avqust, AZƏRTAC 

Ağsu rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir və son illər bölgədə bu sahə üzrə məhsul istehsalı dinamik olaraq artır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, təkcə cari ilin yeddi ayında bölgədə 1977 ton ət istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 ton çoxdur. Yeddi ayda, habelə süd istehsalı 86 ton artaraq 16 min 625 tona, yumurta istehsalı 22 min ədəd artaraq 5 milyon 198 min ədədə, yun istehsalı isə 3 ton artaraq 306 tona çatıb.

 

Kənd təsərrüfatı 2017-08-23 16:27:00