×
A
A
A
Sazlamalar

Honqkonq hava limanında 320-yədək aviareys təxirə salınıb

Bakı, 23 avqust, AZƏRTAC 

Qasırğa səbəbindən Honqkonq beynəlxalq hava limanında 320-yədək aviareys təxirə salınıb.
AZƏRTAC aeroportun onlayn tablosuna istinadla xəbər verir ki, buna səbəb güclü “Hato” qasırğasıdır. Həmçinin qasırğa şəhərdə nəqliyyatın hərəkətini də iflic vəziyyətə gətirib.

 

Dünya 2017-08-23 16:18:00