×
A
A
A
Sazlamalar

FHN: Nərimanov rayonunda baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

Bakı, 23 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nərimanov rayonu ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Hadisə 2017-08-23 16:14:00