×
A
A
A
Sazlamalar

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Bakı, 23 avqust, AZƏRTAC

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 17-dən transfer.edu.az portalından 1450 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 309 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3 min 650 nəfər olub. Onlardan 1100 nəfəri öz sorğusunu təsdiq edib.
Tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr sentyabr ayında elan olunacaq.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Elm və təhsil 2017-08-23 15:47:00