×
A
A
A
Sazlamalar

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz dumanı ilə bağlı operativ iş rejiminə keçib

Bakı, 23 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, artıq hər üç saatdan bir atmosfer havasında müşahidələr aparılır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 23-də səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz, saat 12:00-da isə bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması nəticəsində yaranıb.

Ekologiya 2017-08-23 15:12:00