×
A
A
A
Sazlamalar

Türkiyənin Van şəhərində 2800 illik at skeleti tapılıb

Bakı, 23 avqust, AZƏRTAC 

Türkiyənin Van şəhərindəki Çavuştəpə qalasında qazıntı işləri zamanı təxminən 2800 il bundan əvvələ aid at skeleti tapılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, skeletin Urartu dövründən qaldığı müəyyən edilib.
Qazıntılarda iştirak edən professor Hakan Yılmaz bildirib ki, bu, indiyə qədər görünməmiş hadisədir. Skeletin yanında çoxlu dəmir qalıqları da aşkar olunub. At skeleti ətraflı analiz ediləcək.
Qeyd edək ki, 2014-cü ildən bu qalada qazıntı işləri aparılıb və çoxlu tarixi əşyalar aşkar olunub.

Dünya 2017-08-23 15:05:00