×
A
A
A
Sazlamalar

Ağ koalaya ad axtarılır

Bakı, 23 avqust, AZƏRTAC

Avstraliyanın Kvinslənd əyalətindəki zooparkda doğulmuş ağ tüklü koalanın şəkil və videoları sosial şəbəkələrdə paylaşılıb.
AZƏRTAC xəbər verir ki, zooparkın nümayəndələri hər kəsin diqqətini cəlb edən dişi koalaya ad verilməsi üçün izləyicilərə müraciət ediblər. Dişi bala üçün sosial şəbəkə istifadəçiləri tərəfindən Qar dənəsi, İnci, Şeyla, Sandi, Blanş, Binc kimi bir çox adlar təklif edilib.
Tezliklə koalaya uyğun adın təkliflər arasından seçilərək veriləcəyi bildirilib.

Bu maraqlıdır 2017-08-23 14:43:00