×
A
A
A
Sazlamalar

Dənizkənarı Milli Parkda qadın meyiti tapılıb

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Qadının boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəsəd aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.
Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə məlumat vermələri xahiş olunur.

Hadisə 2017-08-23 14:35:00