×
A
A
A
Sazlamalar

Polşada qasırğa barədə xəbərdarlıq edən proqram əlavəsi yaradılıb

Varşava, 23 avqust, AZƏRTAC

Polşada qasırğalarla maraqlananlar “Ostrzegator” pulsuz mobil proqram əlavəsinə “Sky Predict” xəbərdaredici sistemini inteqrasiya ediblər.
AZƏRTAC xəbər verir ki, Polşa Qasırğalarla Maraqlananlar Assosiasiyasının Polşa Daxili İşlər Nazirliyinə təqdim etmək istədiyi sistemin ən mühüm prinsipləri bunlardır: təbii fəlakət təhlükəsi olan müəyyən ərazi, hava şəraiti barədə SMS vasitəsilə fasiləsiz göndərilən informasiya, habelə həmin informasiyadan pulsuz istifadə etmək imkanı.
Assosiasiyanın üzvləri “Sky Predict” xəbərdaredici sistemini “Ostrzegator” pulsuz mobil proqram əlavəsinə inteqrasiya ediblər. Proqram əlavəsinin adı (“Ostrzegator”) polyak dilindən tərcüməsi “xəbərdar etmək” mənasını verən “ostrzegać” sözündən əmələ gəlib.
“Sky Predict” sisteminin müəllifi Pyotr Şusterin sözlərinə görə, bu proqramın böyük potensialı var. Onu bir qədər təkmilləşdirmək və dövriyyəyə daxil etmək kifayətdir.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Texnologiya 2017-08-23 14:29:00