×
A
A
A
Sazlamalar

“Qarabağ” klubunun vitse-prezidenti Kopenhagendə komandanın oyundan əvvəl sonuncu məşqini izləyib

Bakı, 23 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında bu gün “Kopenhagen”in qonağı olacaq. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə gəlib və oyundan əvvəl sonuncu məşqi stadionda izləyib.
AZƏRTAC xəbər verir ki, “Kopenhagen” ilə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün önəmli qarşılaşma adlandıran T.Gözəl deyib: “Hamımız qarşılaşmanın nə qədər vacib olduğunu bilirik. “Qarabağ” Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və nailiyyətlərinin zirvəsindədir. “Kopenhagen” ilə oyunla həmin ilklərə daha birini əlavə etmək istəyirik. Matç zamanı 40 minlik stadion dolu olacaq, bu da “Qarabağ”ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizim olacaq. Komandaya dəstək olmaq üçün buraya gəlmişəm, futbolçularımıza və baş məşqçimizə inanıram”.

İdman 2017-08-23 14:30:00