×
A
A
A
Sazlamalar

Yəməndə otelə hava hücumu nəticəsində 35 nəfər ölüb

Bakı, 23 avqust, AZƏRTAC

Yəmənin paytaxtı Səna şəhərindəki otellərdən birinə edilən hava hücumu nəticəsində 35 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd edək ki, 2014-cü ildən ölkədə davam edən vətəndaş müharibəsi təqribən 10 min nəfərin həyatına son qoyub, milyonlarla insan evini tərk etmək məcburiyyətində qalıb.

Dünya 2017-08-23 14:27:00