×
A
A
A
Sazlamalar

İlk Belarus elektromobili yaradılıb

Bakı, 23 avqust, AZƏRTAC

Belaruslular özlərinin ilk elektromobilini yaradıblar.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, maşını Milli Elmlər Akademiyası (MEA) təqdim edib.
MEA-nın Birləşmiş Maşınqayırma İnstitutunun baş direktoru Sergey Poddubko bildirib ki, Belarus alimləri bir il əvvəl bu ideya ilə MEA-nın rəyasət heyətinin sədrinə Vladimir Qusakova müraciət ediblər və sədr bu ideyanı dəstəkləyib.
Elektromobilin mühərrikinin gücü 80 at gücü və yaxud təxminən 60 kilovat, maksimal sürəti saatda 110 kilometrdir. Maşının qiyməti açıqlanmır. Eksperimental nümunə "Geelysc7" Çin maşınlarının bazasında yaradılıb.

Dünya 2017-08-23 14:20:00