×
A
A
A
Sazlamalar

Samuxda ilk dəfə əkilən soya bitkisindən 12 min tondan çox məhsul gözlənilir

Samux 23 avqust, Rauf Hacıyev, AZƏRTAC

Bu il Samux rayonunda ilk dəfə olaraq 490 hektar sahədə soya bitkisi əkilib.
Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, sahələrdən hər hektara görə 25 sentner məhsul, 250 sentner isə yaşıl kütlə gözlənilir. Hazırda aqrotexniki qaydada qulluq göstərilən sahələrdən məhsul yığımı dövründə ümumilikdə 12 min tondan artıq soya bitkisinin tədarükü proqnozlaşdırılır.
Qeyd edilib ki, soyanın əkilməsində məqsəd ölkənin bu bitkiyə olan tələbatını yerli istehsal hesabına ödəmək və respublikamızdan məhsulun idxalına görə valyuta axımının qarşısını almaqdır.

Kənd təsərrüfatı 2017-08-23 14:15:00