×
A
A
A
Sazlamalar

Əvvəllər məhkum olunmuş şəxsdən altı kiloqramdan çox marixuana götürülüb

 

Bakı, 23 avqust, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Məmmədovdan 6 kiloqram 350 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2017-08-23 14:12:00