×
A
A
A
Sazlamalar

Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

Bakı, 23 avqust, AZƏRTAC

Aşkar edilmiş troyan “Joao” adlanan yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur və qeyri-rəsmi mənbələrdən yüklənilən “Aeria Games” şirkətinin oyunları vasitəsilə yayılır.
AZƏRTAC “ilenta.com” saytına istinadən xəbər verir ki, “Joao” adlı troyan tərəfindən yüklənilən kənar zərərverici kodun məqsədi uzaq məsafədən giriş əldə etmək, casusluq və “DDoS” hücumlar həyata keçirməkdir. Zərərli proqram təminatı ilk dəfə populyar “Grand Fantasia” oyununda aşkar edilib. Troyan fon rejimində oyunla birgə işə düşür. Virusu aşkar etmək, demək olar ki, mümkün deyil, çünki o, heç bir aktivlik göstərmir. Yalnız kök qovluğunda “msldbe.dll” faylının peyda olmasından bu barədə bilmək olar.
Virus qurban kompüter haqda bütün informasiyanı (qurğunun adı, əməliyyat sisteminin versiyası, şəxsi hesablar və sairə) uzaq serverə göndərir. Bu məlumatlara malik olan hakerlər asanlıqla “Joao” troyanın əlavə komponentlərini aktivləşdirə bilərlər.

Dünya 2017-08-23 14:08:00