Qubanın Qəçrəş kəndində yeni elektron ATS istifadəyə verilib VİDEO
Quba, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun əsas turizm zonalarından sayılan Qəçrəş kəndində 256 nömrə tutumlu “KAREL” tipli yeni elektron ATS binası tikilərək istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti rayon ərazisində əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işləri davam etdirir. Həyata keçirilən işlər çərçivəsində Quba Telekommunikasiya Qovşağının xidməti ərazisindəki elektron ATS-lərin xətt şəbəkəsi texniki normaya gətirilir, köhnə avadanlıqlar yeni daha müasirləri ilə əvəz olunur, port tutumu və nömrə resursları artırılır.
Genişzolaqlı internetə olan tələbatı nəzərə alaraq kənd elektron ATS-lərində də mövcud port tutumunun artırılması üçün zəruri işlər görülür. Rayonun Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka kəndlərinin elektron ATS-lərində ən son texnologiyaya əsaslanan internet avadanlığı olan DSLAM (Digital Subscriber Line Access Multiplexer - Rəqəmli Abunəçi Çıxış Multipleksoru) quraşdırılıb.
Həyata keçirilən işlərin nəticəsi olaraq Quba rayonu üzrə internet istifadəçilərinin sayı 30 faiz artıb.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib