×
A
A
A
Sazlamalar

Misirdə arxeoloji qazıntılar zamanı rahib qəsri aşkarlanıb

Bakı, 23 avqust, AZƏRTAC 

Arxeoloqlar Misirin El-Minya şəhərinin yaxınlığında bizim eradan əvvəl V əsrə aid böyük rahib qəsri aşkar ediblər.
AZƏRTAC mir24.tv saytına istinadla xəbər verir ki, arxeoloji qazıntılar zamanı alimlər 3500 kvadratmetr ərazidə bir çox dəfn kameraları və gildən hazırlanmış rahib evlərinin qalıqlarını tapıblar.
Təxminən səkkiz il davam edən tədqiqatlar zamanı arxeoloqlar məişət əşyaları da tapıblar. Arxeoloqların fikrincə, həmin tapıntılar ilk xristian rahiblərinin həyatını öyrənməyə kömək edəcək.

Elm və təhsil 2017-08-23 13:20:00