Amerikalı köhnə avtomobildən elektromobil düzəldib
Bakı, 23 avqust, AZƏRTAC
Amerikalı mühəndis Bret Belan köhnə -1972-ci ildə buraxılmış furqon avtomobilini elektromobilə çevirib. O, həmçinin maşının iqtisadi səmərəliyini artırmaq məqsədilə onu günəş panelləri ilə təchiz edib.
AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, mühəndis avtomobilin bütün elektrik hissəsini öz əli ilə yığıb, yuxarısında isə hər biri 355 vatt olan 4 günəş paneli quraşdırıb. Elektromobilin hərəkət sürəti hazırda 50-65 kilometr –saat təşkil edir. Bret Belan isə hesab edir ki, avtomobil bir qədər modernləşdirildikdən sonra 300 kilometrədək məsafəni qət edə biləcək.
İxtiraçının fikrincə, belə avtomobillər dağ və meşə yolları üçün daha məqsədəuyğundur.
Almaniyada kimlər daha çox pensiya alır?
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
İsveçrənin hidrogen qatarı rekord vurub
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb